Əmir Abdullahian: "İranın regionda prinsipial baxışı var"
https://azeri.sahartv.ir/news/İran-i401405-Əmir_abdullahian_İranın_regionda_prinsipial_baxışı_var
İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2023 18:07 Asia/Baku
  • Əmir Abdullahian:

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Prezidentinin salamlarını çatdıran cənab Abdullahian, iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq, o cümlədən regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasının zəruriliyinə İranın prinsipial baxışının olduğunu diqqət mərkəzində saxlayıb.