Avq 18, 2023 18:46 Asia/Baku
  • Əmir-Abdullahiyan Ərəbistan vəliəhdi ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Ərəbistandakı məşvərətlərinin davamında Ciddədə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.

SəhərAzəri-nin məlumatına görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın rəsmi dəvətinə cavab olaraq, bir nümayəndə heyətilə həmin ölkədə səfərdə olan Hüseyn Əmir-Abdullahiyan bu gün Ciddədə sözügedən görüşü keçirib. Bu, Əmir-Abdullahiyanın Məhəmməd bin Salmanla ilk görüşüdür.

Dünən ölkəmizin nümayəndə heyəti ilə Ərriyada daxil olan İran diplomatiya aparatının başçısı Ərəbistan xarici işlər nazirliyi məkanında öz səudiyyəli həmkarı tərəfindən qarşılanıb.

Əmir-Abdullahiyan/ Feysəl bin Fərhanla birgə/ üç saat yarım müddətinə regional və beynəlxalq olayları, həmçinin ikitərəfli münasibətlərin müxtəlif cəhətlərini nəzərdən keçirib.

 

Teqlər