Yan 18, 2024 14:17 Asia/Baku
  • İran və Gürcüstan XİN rəhbərləri Davos Forumu çərçivəsində görüşüblər

İranın xarici işlər naziri çərşənbə günü Davos Forumu çərçivəsində gürcü həmkarı İliya Darçiaşvili ilə görüşüb və fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri bu görüşdən məmnunluğunu ifadə edərək, iki ölkənin rəsmi və xalqlararası əlaqələrini qədim və möhkəm əlaqələr adlandırıb. 

Əmir Abdullahian Gürcüstanla əlaqələrin inkişafını İranın prioritetlərindən biri hesab edib və əlavə edib ki, Qafqazın təhlükəsizliyi və Gürcüstanın təhlükəsizliyi İran üçün vacibdir və iki ölkə arasındakı əlaqələr heç bir məhdudiyyət olmadan genişləndirilə bilər.

Nazir regionun problemlərinin həllində regional həll yollarına güvənməyin zəruriliyini vurğulayıb və qeyd edib ki, regionun təhlükəsizliyi inteqrasiyalıdır və bir-biri ilə bağlıdır və biz regionun şərtlərini anlayaraq, Gürcüstanla əməkdaşlıqda diqqəti ümumi maraqlara yönəltməyə çalışırıq.

İranın xarici işlər naziri Gürcüstanı iranlıların bölgədəki turizm məqsədlərindən biri hesab edərək, əlavə edib: "Bu xalqlararası əlaqələrin sayəsində ticarət sahəsində əlaqələrin və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsinə yardım etmək lazımdır.

Əmir Abdullahian, həmçinin tranzit və enerji sahələrində əməkdaşlığın vacibliyini də qeyd edib. 

Əmir Abdullahian gürcü həmkarını İrana səfər etməyə dəvət edib və və birgə siyasi komitə də daxil olmaqla, birgə mexanizmlərin aktivləşdirilməsinə və iki ölkə arasında konsulluq əməkdaşlığının gücləndirilməsinə çağırıb.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili də bu görüşdə iki ölkə arasında münasibətlərin gedişatını müsbət qiymətləndirib və bu prosesin güclənməsini alqışlayıb.

O, iranlı həmkarı ilə birgə məsləhətləşmələrdən məmnunluğunu ifadə edib və regionun çağırışlarına toxunaraq, regionda sabitliyin bərəqrar olmasını və möhkəmləndirilməsini Gürcüstanın prioritetlərindən biri hesab edib.

Gürcüstanın xarici işlər naziri, Gürcüstana səfər edən iranlı turistlərin sayına toxunaraq, iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsini alqışlayıb.

Bu yüksək rütbəli gürcü diplomat, həmçinin İranı regionda güclü və köklü bir ölkə adlandırıb və ölkəsinin İranla müxtəlif sahələrdə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Nazirlər maraq doğuran sahələrdə birgə təmasların və müzakirələrin davam etdirilməsini vurğulayıblar.

Teqlər