Apr 20, 2024 18:38 Asia/Baku
  • Aliməqamlı İnqilab Rəhbərinin 20 Aprel böyük şair Muslihiddin Sədi Şirazinin yubileyi münasibətilə keçirilən konqresə müraciət məktubu ünvanlayıb.

Müraciət məktubunun mətni belədir: Sədi xatirəsinin tərənnümü təkcə onun şeir və nəsr ədəbiyyatının  yad edilməsi demək deyil. O, həmçinin əxlaq, hikmət və maarifin bəlağətli və aydın nümunəsi idi.

Mübarək İslam inqilabının xalqımızın həyatında, dünyasında əvəzsiz rolu oan İslam dəyərlərinin ucaldığı, hikmət və biliyin öz əsl mahiyyətinin tanındığı bu dövrdə əziz Sədinin adının o dəyərlərə qiymət verənlərin dili ilə xatirırlanması yerinə düşərdi.

İlk öncə bu kongrensin təşkilatçılarına, ədəbi-bədii formda iştirak edənlərə öz səmimi təşəkkürümü bildirir, bu təşəbbüsü böyük və təqdirə layiq hesab edirəm.

Şübhəsiz ki, Sədi fars ədəbiyyatının əsas sütünlarından, şeir və nəsr məhsulunun və bugünkü mədəniyyətimizin əsas və ən zərif obrazlarından biridir.

Sədinin Quran və hədis təlimlərindən qaynaqlanan öyüd-nəsihətləri oxucular üçün hər zaman qızıl örnək, fəsahətli və aydın dili isə axtarışda olan və susuz qəlblər üçün mənalar xəzinəsinin açarı olmuşdur.

Hər zaman olduğu kimi, elə bu gün də söz aşiqi və hikmət ustadının ən əziz hədiyyəsini onun divanındakı yeniliklərində, şeir və nəsrinin lətif nümunəsinin çağladığı, bəşər təfəkkürü məhsulunun ən gözəl çiçəklərinin yer aldığı Gülistanında tapmaq olar.

Sədinin bir çox fars şairləri arasında üstünlüyü ondan ibarətdir ki, o, nitqin dəyərini pozmayaraq, onu həzz mənbəyi kimi təqdim etməyi bacarmasıdır.

 

Çox az natiqlər var ki, cənnətin danışan ləl-cəvahirini dövrün bədheybətlərinin ayaqları altına tökməmiş, onunla zülm bıçağını cilalamamışdır. Sədi həmin nadir insanlardandır ki, əgər  günahkar dilini hərdən tərifə açardısa, qızıl mədhlə daşan piyaləsi gözəl şəfalı dərmandan, bəzən də acı öyüd və nəsihətdən başqa bir şeyin olmadığını görərsən.

Bu doğruçu insanşünasın gözəl poeziyası və nəsri istər Quran və Hədis kimi vəhy mənbəyi xəzinəsindən, istərsə də qəlbinin nurundan, aydın və sönməz hiss və duyğusundan həmişə özü ilə bir məna ifadə etmişdir.

Onun sadə və şəffaf danışıq tərzi isə, belə bir böyük xalq və eşq müəlliminin daha bir üstünlüyüdür. Onun sözləri sanki, təmiz su axarı kimi dinləyicinin ruhunu qətrə-qətrə sirab edir və heç bir süniliyə yol vermədən ürəyə hopdurur.

 Bəli, həm şeirdə, həm də nəsrdə bəlağət zirvəsinə ucalan heç də az deyil. Amma nəsr kimi rəvan şeir, poeziya kimi melodik nəsr yaradan və hər iki sahədə heyrətamiz mövzu, kompozisiya, məna və lüğət qarışığı yaradan yalnız Sədini görmək olar.

Bu natiqin məna dolu nümunələrinə heyranlığımızı ifadə etmək üçün bir daha bəhanə var. Beləki, onun əsrlər boyu həm kədərli, həm də şən sözlərdən tutmuş, sevgi və gəncliyə, acizlik və qocalıqdan tutmuş köhnə ilə yeninin danışıq dilinədək bütün sirləri alimlərin və mistiklərin üzünə açmış oldu.

Onun haqqı tanınmalı və bu haqq üçün onun düzgün maarifləndirmə üsulu olmadan tanınması heç də mümkün olmayacaq.

Bu Qurultay Sədinin şəxsiyyətinin naməlum guşələrini, sənətinin parlaqlığını üzə çıxarmalı və bugünkü inqilabçı nəslin belə bir qiymətli xəzinədən bəhrələnməsinə fürsət tanımaldır. Bəlkə də bu, Sədiyə verilən ən layiqli qiymət olar.

İslam Respublikası isə bunu həmişəyaşar  xalq sənəti və ədəbiyyatının bütün ölməz simaları üçün zəruri iş və müəyyən vəzifə kimi qəbul edir.

 

İnqilab ədəbiyyatı heş də bu ölkənin tarixi mədəniyyətini, ədəbiyyatını məhv etmək, onun yerinə yeni nəyisə gətirmək məqsədi daşımır. Ədəbiyyatımızın və incəsənətimizin keçmişi inqilab ədəbiyyatına dayaq verməli olan qiymətli bir irsdir.

Bu şanlı qalanın uca zirvəsində olan poeziya və inqilabi sənətin bələdçi məşəli hər yeri öz işığına qərq edəcəkdir.

Görünür,  Sədi Şirazinin dili və qəlbi mənəvi dəyərlərlə daşdığına görə bu gün inqilab sayəsində insanların həyatının bir parçası olmuşdur. Əlbətdə bunun xüsusi bir yeri var, İslam Respublikası hakimiyyətində poetik və bədii yaradıcılığın keçiyində durulması Qurandan, Allahın Peyğəmbərinin (s) və Məsum rəhbərlərin (ə) üslubundan ilhamlanmış bir şeydir. İslam inqilabı isə məzmunca incəsənət və ədəbiyyat tərəfdarıdır.

Ədəbiyyat və incəsənət uca islami təfəkkürün şərhi üçün bir dil kimi İslam tarixi boyu əsaslı mövqeyə malik olmuşdur və bu gün də belədir.

Şübhə yoxdur ki, inqilab, ədəbiyyatın, incəsənətin istiqamətini dəyişərək, daha xoşagələn və məqbul olan istiqamətə yönəltdi. Bu da öz növbəsində belə bir əsası əks etdirən şairlər, rəssamlar, yazıçılar və ya ən azından ona qarşı çıxmayanlarla, düşmənçilik və inadkarlıq ucbatından şeir və ədəbiyyatın inqilabi dönüşünə qarşı çıxanlar arasında fərq qoymuş olur. Bu, həmişə dünyanın hər yerində ictimai dəyişikliklərin əsas mahiyyəti olub və indi də baş verməkdədir.

  Bu, şanlı İslam inqilabımızda təkrarlanan bir sujet olaraq inqilabla incəsənətin və ədəbiyyatın harmoniyasının taleyi ilə bağlı bəzi insanların şübhə və narahatlığına səbəb oldu.

 

Həqiqətdə isə, inqilab, xüsusən də insan cəmiyyətinin şüuruna, qəlbinə və çalışqanlığına arxalandıqda, özü şeirin, ədəbiyyatın, incəsənətin enerji mənbəyinə çevrilir. Çünki bunların hamısı insan kateqoriyasında cəmləşir. Harada insan varsa, ədəbiyyat da var, şeir də, sənət də var, insanların düşündüyü, istədiyi də odur, ondan başqa heç nə xoşagələn və qalıcı deyil.

  Bundan əlavə, İslam inqilabımız insan dərkinin və qəlbinin məhsuluna böyük hörmət bəsləyir. Ona görə ki, o, insana böyük inam göstərir və inqilabi cəmiyyətimizdə ədəbiyyat və incəsənət hərəkatı xalqla əlaqəsi kəsilmiş bəzilərinin nankorluğuna baxmayaraq, dayanmamış və geriləməmişdir. Xalqın inqilabi həyəcanını tanımaq və hörmət etmək istəməyənlərin dönüşü bu həyəcanın susmasına yol açmadı.

İnqilabçı ədəbiyyat və incəsənətin qönçələri inqilabın göstərdiyi istiqamətə yönəldi. Bu baş verdi və bir çox nitq yaradıcıları inqilabın çağırışına cavab verdilər. Və biz fars incəsənəti və ədəbiyyatı üçün həmişəkindən daha şərəfli və fəsahətli gələcək gözləyirik. Qeyd etməyi faydalı hesab etdiyim məqamlardan biri də, inqilab özünün qurucu hərəkatı üçün bu və ya digərinin ardınca getmir. 

Bu, həyat və kamillik karvanından ayrılmamaq üçün inqilabın qurşağına sarılmalı və ondan möhkəm yapışmalı olan  yolçulardır.

İnqilabın bütün karifeylərə, yazıçılara, sənət adamlarına çağırığı əslində qurtuluş və ölməzliyə dəvətdir. Bu da tarixin daimi təcrübələrinin məhsuludur.

Çıxışımın sonunda bu möhtəşəm konqresin təşkilatçılarına bir daha təşəkkür edir, bütün iranlı və xarici qonaqları bu konfransda iştirakı üçün salamlayır və Uca Allahdan hər kəsə uğurlar diləyirəm.

 

 

 

Teqlər