May 31, 2024 20:41 Asia/Baku
  • İran XİN sözçüsü ABŞ və İngiltərənin Yəmənə hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İngiltərə qüvvələrinin dünən gecə onlarla insanın şəhid olması və yaralanması ilə nəticələnən Yəmənin Səna və Əl-Hüdeydə şəhərlərinə hücumlarını şiddətlə pisləyib.

SəhərAzəri-nin məlumatına görə, Nasir Kənani cümə günü verdiyi açıqlamada bu haqda deyib: ABŞ və İngiltərənin Yəmənə endirdiyi təcavüzkar zərbələr və mülki əhali və vətəndaşları hədəfə almaları elə vaxtda həyata keçirilir ki, bu iki ölkə sionist rejimin Qəzzə zolağı və Rəfəhə qarşı hərbi cinayətləri və soyqırımını davam etdirməsi üçün bu rejimə qeyri-məhdud dəstəklərini davam etdirirlər ki, məqsəd regionda əmin-amansızlıq yaratmaq və Yəmən xalqının və Yəmən Milli Qurtuluş Hökumətinin məzlum Fələstin xalqına dəstəyinin qarşısını almaqdır".

İranın Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və Britaniyanın Yəmənə zərbələrini bu ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasının, beynəlxalq hüquq və insan haqlarının kobud şəkildə pozulmasının bariz nümunəsi kimi qiymətləndirib.

Kənani əlavə edib: "Təcavüzkar ABŞ və İngiltərə hökumətləri Yəmən xalqına qarşı bu cinayətlərin nəticələrinə görə məsuliyyət daşıyırlar".

İran sözçüsü həmçinin, beynəlxalq ictimaiyyət və təşkilatları və İslam ölkələrini Yəmən xalqını dəstəkləmək və ABŞ və Britaniyanın bölgədəki təxribatçı və avantürizm əməllərinə qarşı çıxmaq üçün öz hüquqi və humanitar vəzifələrini yerinə yetirməyə çağırıb.

Kənani, həmçinin bu qorxaq hücumlar nəticəsində bir qrup Yəmən vətəndaşının şəhid olması münasibətilə Yəmən Milli Qurtuluş Hökuməti və Yəmən xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara cansağlığı və tezliklə şəfa diləyib.

 

Teqlər