İyun 03, 2024 20:06 Asia/Baku
  • İran XİN rəhbəri: İran və Livan arasında sıx əlaqələr regionda sabitliyin əsas göstəricisidir

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Livanın sabitliyi və inkişafının İran İslam Respublikasının hədəfi olduğunu bildirərək, iki ölkə arasındakı yaxın münasibətlər regionda sabitliyin əsas göstəricisi adlandırıb.

Əli Baqiri Kəni bazar ertəsi Beyrutda Livanın xarici işlər naziri Abdullah Bu Həbiblə görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib: "Livandakı İslami Müqavimət regionda sabitlik və sülhün lövbəri olduğu kimi Livan və İran arasındakı yaxın əlaqələr də regionda sabitliyin əsas göstəricisidir".  

O, Livan rəsmilərinin İran hökuməti və xalqına başsağlığı vermələrini, həmçinin vertolyot qəzasında şəhid olan prezident İbrahim Rəisinin və onun yoldaşlarının, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abullahianın şəhid olması ilə bağlı üç günlük milli matəm elan etmələrini yüksək qiymətləndirib. 

Baqiri Qəzzədə baş verən hadisələrə işarə edərək, bütün region ölkələrinin, xüsusən də İslam ölkələrinin sionist rejimin Fələstinə qarşı təcavüzləri , xüsusən də Rəfəhdəki cinayətləri ilə mübarizə aparmaq üçün kollektiv hərəkətinin zəruriliyini vurğulayıb.

Bu Həbib də öz növbəsində deyib ki, Qəzzədə müharibənin davam etməsi və fələstinlilərə qarşı davamlı cinayətlər bölgədə sülhün bərqərar olması şanslarını zəiflədir.

Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni İran və Livan arasında ikitərəfli münasibətləri müzakirə etmək, regional və beynəlxalq məsələlər, xüsusilə Fələstindəki son hadisələr haqqında fikir mübadiləsi aparmaq məqsədi ilə bazar ertəsi səhər Tehrandan Livanın paytaxtı Beyruta yola düşüb.

Əli Baqiri Kəni Beyruta səfəri çərçivəsində Livanın digər rəsmiləri, o cümlədən bu ölkənin müvəqqəti baş naziri Nəcib Miqati, həmçinin Livan parlamentinin sədri Nəbih Berri ilə də görüşüb.

ReplyForward

Add reaction