İyun 09, 2024 17:04 Asia/Baku
  • Prezident seçkilərinə yekun namizədlərin adı açıqlanıb

14-cü prezident seçkiləri üçün Konstitusiyanın Mühafizəsi Şurasında təsdiqlənmiş namizədlərin siyahısı açıqlanıb.

İranın Seçki Qərargahının sözçüsü Möhsün İslami 14-cü prezident seçkiləri üçün təsdiqlənmiş namizədlərin adını açıqlanıb. 

Namizədliyi təsdiqlənmiş namizədlər bunlardır: 

Səid Cəlili, hazırkı parlament sədri Məhəmməd Baqir Qalibaf; Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Əmir Hüseyn Qazizadə Haşimi və Tehranın meri Əlirza Zakani.

Prezident seçkilərinin 14-cü müddətinə namizədlərin qeydiyyatı cümə axşamı 30 may tarixində başlayıb və 5 gün davam edib. Bu 5 gün ərzində ümumilikdə 80 nəfər qeydiyyatdan keçib. 

Qeydiyyat prosesi başa çatdıqdan sonra Konstitusiyanın Mühafizəsi Şurası 7 gün müddətinə qeydiyyatdan keçən namizədləri nəzərdən keçirib və bu gün yekun namizədlərin adı ölkənin Daxili İşlər Nazirliyinə elan edilib.  

Namizədlərin təbliğat-təşviqat kampaniyası iyunun 12-də başlayacaq və iyunun 27-dək davam edəcək. İran İslam Respublikasının doqquzuncu prezidentini seçmək üçün cümə günü, iyunun 28-də seçkilər keçiriləcək.