Dek 14, 2025 17:16 Asia/Baku
  • Əl-Cəzirə kanalına verdiyi müsahibədə; Əraqçi: Biz müharibə istəmirik: ABŞ etibar ediləsi deyil

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Əl-Cəzirə kanalına verdiyi müsahibədə İranın müharibə tərəfdarı olmadığını, əksinə məsələləri diplomatiya yolu ilə həll etmək istədiyini bildirərək, deyib: "Heç vaxt ABŞ-a səmimi bir müzakirəçi olaraq, etibar etməmişik.”

İranın xarici işlər naziri Əl-Cəzirəyə verdiyi müsahibədə 12 günlük müharibə ilə bağlı deyib: "Biz də çox eşidirik ki, İsrail rejimi yenidən hücuma keçə bilər. Psixoloji müharibə real müharibənin bir hissəsidir və görünür ki, onlar hazırda daha çox psixoloji müharibə üzərində işləyirlər". 

Seyid Abbas Əraqçi əlavə edib: "Bu, əlbəttə ki, müharibə ehtimalını görməzdən gəldiyimiz anlamına gəlmir; silahlı qüvvələrimiz və xalqımız hər bir şəraitdə ölkəni müdafiə etməyə hazırdır". 

İranın müharibə tərəfdarı olmadığını, əksinə məsələləri diplomatiya yolu ilə həll etmək istədiyini bildirən Əraqçi qeyd edib: "Binaları və avadanlıqları bombalamaqla məhv etmək olar, amma texnologiyanı hərbi hücumla məhv etmək mümkün deyil və bombalamaqla insanların zehnindəki bilikləri silmək olmaz. Bütün bunlardan daha önəmlisi, bir millətin iradəsini bombalamaqla məhv edə bilməzsiniz”.