Tehranın valisi: İğtişaşlar bitdi
Tehranın valisi İran İslam Respublikasının paytaxtında iğtişaçların bitdiyini xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Mənsuri bu haqda deyib: "Neçə gündür paytaxtda sakitlikdir. Xaricdə iğtişaşçalra rəhbərlik edənlərdən biri daxildəki əlaltıları ilə danışaraq onlara bildirib ki, iğtişaşların dayanmasına imkan verməyin. Deyib ki, dalana dirənsəniz belə küçələrdə zibil qablarını da olsa yandırın ki, bu məsələ bitməsin.”
O, bu gün ölkə şəhidlərilə bağlı keçirilən tədbirərin birində çıxışı zamanı deyib ki, iğtişaşlar bitib və Tehranda bir neçə gündür sakitlikdir.
“Biz iğtişaşçılarla məsələni bilməyən insanlara fərqli yanaşırıq. Həmçinin iğtişaşlara rəvac verən və çağırış edən tanınmış insanlar haqda da lazımi tədbir görüləcək”, - deyə Tehranın valisi əlavə edib.