Zahidanda terror aktı törədilib
Sen 30, 2022 16:09 Asia/Baku
İranın cənub şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin mərkəzi olan Zahedan şəhərində bu gün cümə namazından sonra terror aktı törədilib.
Bu gün İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə silahlı hücum olub, naməlum şəxslər polis bölməsini atəşə tutublar. Nəticədə bir neçə polis əməkdaşı və yoldan keçən mülki şəxslər yaralanıb. Yaralılar Zahidan xəstəxanalarına aparılıb.
Hücumdan sonra Sistan və Bəlucistan Təhlükəsizlik Şurası bildiriş yayaraq xalqı sakitliyə dəvət edib və yayılan şayiələrə əhəmiyyət verməməyi xahiş edib.
Zahidanın sünni imam cüməsi Mövləvi Əbdül-Həmid də əhaliyə müraciət edərək hamını sakitliyə və düşmənlərin şayiələrinə uymamağa çağırıb.
Teqlər