Okt 01, 2022 20:21 Asia/Baku
  • Zahidanda səkkiz silahlı ünsür həbs edilib

İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi prokuroru bildirib ki, indiyədək Zahidanda hadisələri qızışdırmağa cəhd edən 8 silahlı ünsür ələ keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Mehdi Şəmsabadi verdiyi açıqlamada deyib: "İlkin məlumata əsasən, bir sıra şəxslər bölgədə qarışıqlığa səbəb olduqdan sonra qaçmağa hər bir vasitə ilə bölgədən qaçmağa çalışıblar ki, ölkənin kəşfiyyat sistemindəki İmam Zamanın (əc) naməlum əsgərlərinin kəşfiyyat turuna düşüblər". 

Sistan və Bəlucistan vilayətinin prokuroru əlavə edib: "Etirazçılar və təcavüzkarların düşmən qruplarla təşkilati bağlılığı olub və ölkənin ərazi bütövlüyünü hədəfə alan qruplar onları dəstəklədiklərini bildiriblər". 

Qeyd edək ki, dünən Sistan və Bəlucistan vilayətinin mərkəzi olan Zahidanda terrorçuların polis məntəqəsinə hücumundan sonra təhlükəsizlik qüvvələri içəri keçərək, tam nəzarəti ələ keçirib və şəhərdə hazırda tam sakitlik hökm sürür.

Sistan və Bəlucistan valisi Hüseyn Müdərris Xiyabani mövzu ilə bağlı verdiyi açıqlamada, deyib: "Polis bölməsinə dünənki basqında 19 nəfər həyatını itirib, aralarında təhlükəsizlik qüvvələrinin də olduğu 20 nəfər isə yaralanıb. Müəyyən şəxsiyyətlərlə separatçı terror təşkilatlarına bağlı xaosun arxasınca gedən bəzi şəxslər cümə namazı adı altında bölgədəki polis bölməsinə daş və molotov kokteyli ilə hücum edərək atəş açıblar".

Teqlər