Okt 10, 2022 20:19 Asia/Baku
  • 5 anti-inqilab mediası üçün böyük rüsvayçılıq; Təkcə 25 gündə 17 min yalan!

5 anti-inqilab mediasının fəaliyyəti göstərir ki, bu medialar ötən 25 gündə İranda baş verən son hadisələrlə bağlı 17 min 312 yalan məlumat dərc ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "BBC Farsi, Iran International, Amerikanın səsi, Radio Fərda və Mənoto və onların virtual səhifələri"nin fəaliyyətinin təhlili göstərir ki, xəbər və istehsalatın həcminə görə "BBC" İranda baş verən son hadisələrlə bağlı ən çox yalan məlumat yayıb. "İran İnternational" və "Radio Fərda" isə növbəti sıralardadırlar.

Bu araşdırmada həqiqəti əks etdirməyən xəbərlərə misal olaraq, xəbərlərin saxtalaşdırılması, kəsilməsi, təhrif edilməsi, tərsə çevrilməsi, şişirtmə və əhəmiyyətsiz göstərməsi daxildir.

Bu medianın senzurasına məruz qalan xəbərlər, misal olaraq, "Məhsa Əmini"nin ölüm səbəbi ilə bağlı tibbi ekspertizanın cavabı, inqilabçı qüvvələrin toplantıları, yalan xəbərlərin təkzib edilməsi və sayirə araşdırılmayıb.

Bu medialardan ötən 25 gündə ən çox təkrar yayımlanan 5 yalan müvafiq olaraq, "Məhsa Əmini"nin döyülməsi iddiası, İslam İnqilabının Aliməqamlı Rəhbərinin xəstəliyi və vəfatı ilə bağlı iddia, Üşnəviyyə şəhərinin süqutu, Nika Şakərəminin ölüm səbəbi və Şrif universitetinin qana boyanması ilə bağlı yalan iddialar olub. 

Bu hesabata görə, "BBC Farsi, Iran International, Amerikanın səsi, Radio Fərda və Mənoto və onların virtual səhifələri" son 25 gündə orta hesabla hər iki dəqiqədə bir yalan dərc ediblər.

Teqlər