Okt 10, 2022 20:35 Asia/Baku
  • Britaniya iğtişaşçılara dəstək olaraq, İranın əxlaq polisinə sanksiya tətbiq edib

İngiltərə Qərbin İran İslam Respublikasına qarşı sanksiyalar seriyasının davamında bir bəyanat yayaraq, son hadisələr bəhanəsi ilə İranın əxlaq polisi və bir sıra təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə Xarici İşlər Nazirliyi bazar ertəsi müdaxiləçi bir bəyanatla İranın beş yüksək rütbəli təhlükəsizlik rəsmisini, o cümlədən "Bəsice Müstəzəfin" təşkilatının rəhbəri, NACA-nın xüsusi təyinatlı qüvvələrinin komandanı və nizam-intizam qüvvələrinin baş komandanını sanksiya siyahısına salıb.

Sanksiyalara əsasən, bu insanlar Britaniyaya gedə bilməyəcək və onların bu ölkədə və ya Britaniya vətəndaşları tərəfindən hər hansı bir bölgədə saxlanılan aktivləri dondurulacaq.

Teqlər