Evin həbsxanasında yanğın söndürülüb
Məhkəmə Media Mərkəzi Tehranda Evin həbsxanasının tikiş sexində baş verən yanğının qarşısının alındığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu yanğın həbsxananın sahibkarlıq sexində maliyyə və oğurluqda təqsirli bilinən bir sıra məhbuslar arasında münaqişədən sonra baş verib. Maliyyə və oğurluq məhbuslarının tikiş sexində baş verən yanğından dərhal sonra Evin həbsxanasında yanğına nəzarət məqsədilə və cəzaçəkmə müəssisəsinin nizamnaməsinə uyğun olaraq adekvat tədbirlər görülüb və həbsxanada yerləşən yanğınsöndürmə məntəqəsi dərhal yanğının söndürülməsinə başlayıb. Nəticədə yanğının qarşısı alınıb.
Məlumatda qeyd olunur ki, polis qüvvələri Evində asayişin bərqərar olması üçün kömək edib və məhbuslar arasında münaqişə nəzarət altına alınıb.
Daxili işlər nazirinin müavini deyib: Bütün məhbuslar sağlam şəraitdədirlər.