General-mayor Səlami: Son iğtişaşlara ABŞ rəhbərlik edir
İslam İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı İranda baş verən son iğtişaşlara toxunaraq, deyib: "Bu iğtişaşları ABŞ idarə edir".
General-mayor Səlami qeyd edib ki, Qərb İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikası qarşısında rüsvayçı məğlubiyyətlərə uğrayıb və indi onun əvəzi çıxmaq istəyir".
General-mayor Səlami vurğulayıb ki, İranın düşmənləri son hadisələrdə meydan sulamaq üçün yeni sahə tapıblar və son iğtişaşları ABŞ idarə edir".
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı düşmənlərin hədəfinin gənc nəsil, xüsusən də məktəblilər və tələbələr olduğunu bildirib və deyhib: "Düşmənlər İslam Respublikası sistemini zəiflətmək üçün bir çox taktikalar tətbiq ediblər. Onun sonuncusu gəncləri aldatmaqdır ki, bu plan da iflasa uğrayacaq".