Evin hadisəsi məhbuslarından daha dörd nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/İranda_iğtişaşlar-i394175-evin_hadisəsi_məhbuslarından_daha_dörd_nəfər_vəfat_edib
İranın məhkəmə hakimiyyətinin media mərkəzi Evin hadisəsi məhbuslarından daha dörd nəfərin vəfat etdiyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 17, 2022 15:28 Asia/Baku
  • Evin hadisəsi məhbuslarından daha dörd nəfər vəfat edib

İranın məhkəmə hakimiyyətinin media mərkəzi Evin hadisəsi məhbuslarından daha dörd nəfərin vəfat etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu mərkəz, tibbi müalicələrə rəğmən, Evin hadisəsi məhbuslarından daha dörd nəfərin vəfat etməsinə işarə ilə bildirib: Vəziyyətinin ağır olması səbəbindən xəstəxanada vəfat etmiş bu dörd nəfərin ölümünün hesab edilməsilə Evin zindanında məhbusların bir-biriləri ilə toqquşmaları zamanı və yanğın hadisəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

Şənbə günü gecə Evin həbsxanasının maliyyə məhkumluqları və oğurluq üzrə xüsusi kamerasının məhbuslarından bəziləri arasında toqquşmanın/ və dərzilik emalatxanasında yanğının baş verməsindən sonra/ İranın hüquq-mühafizə və yardım qüvvələrinin vaxtlı və sürətli girişi ilə, nəzərəcarpacaq sayda məhbus xilas edilib və yanğın məkanından təhlükəsiz bir nöqtəyə köçürülbdür.