Əmir-Abdullahiyan: İğtişaşçıların ümumi əmlaka ziyan vurması dözülməz haldır
https://azeri.sahartv.ir/news/İranda_iğtişaşlar-i394179-Əmir_abdullahiyan_İğtişaşçıların_ümumi_əmlaka_ziyan_vurması_dözülməz_haldır
İran İslam Respublikasının xarici işlər naziri Avropa İttifaqının bəzi ölkə rəsmilərinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 18, 2022 08:21 Asia/Baku
  • Əmir-Abdullahiyan: İğtişaşçıların ümumi əmlaka ziyan vurması dözülməz haldır

İran İslam Respublikasının xarici işlər naziri Avropa İttifaqının bəzi ölkə rəsmilərinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Hüseyn Əmir-Abdullahiyan tvitter səhifəsində yazıb: “Ümumi əmlaka ziyan vurmaq və dağıtmaq dünyanın heç bir yerində dözülən deyil. İran da bu qaydadan müstəsna deyil. Avropa İttifaqı bu gün çoxsaylı səhv məlumatlar əsasında səhv hesablamaları və qeyri-konstruktiv addımları ilə yenidən iranlılara qarşı təsiri olmayan sanksiyalara əl atdı.”

Qeyd edək ki, Əmir-Abdullahiyan bundan öncə Avropa İttifaqı tərəfindən İrandakı etiraz və iğtişaşlara görə sanksiyaların tətbiqi barədə xəbərdarlıq etmişdi. O bu açıqlamasında İranla Avropa İttifaqının daha böyük miqyaslı məsələlərdə əməkdaşlığının önəmsənilməsini istəmişdi.

Avropa İttifaqının XİN rəhbərlərinin ötən günkü qərarından sonra İranın İnformasiya texnologiyaları naziri İsa Zarepur da daxil olmaqla 11 rəsmisinə və dörd qurumuna sanksiya tətbiq edilib. Sanksiyalar bu şəxslərin hesablarının dondurulması və onların Avropa vizalarından məhrum edilməsini hədəfdə tutur.