General Səlami: Şirazdakı terror cinayətinin hamiləri cəzalandırılacaqlar
https://azeri.sahartv.ir/news/İranda_iğtişaşlar-i394473-general_səlami_Şirazdakı_terror_cinayətinin_hamiləri_cəzalandırılacaqlar
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmində baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 27, 2022 09:23 Asia/Baku
  • General Səlami: Şirazdakı terror cinayətinin hamiləri cəzalandırılacaqlar

İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmində baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, general-leytenant Səlami xalqa müraciətində bildirib ki, uzaqgörən və bəsirətli xalqın qəzəb və intiqam atəşi terrorçuların axırına çıxacaq və onları biabırçı əməllərinə görə cəzalandıracaq.

General qeyd edib: “Bu dəhşətli cinayət göstərdi ki, İslami İranın ləyaqəti, nüfuzu və tərəqqisinin düşmənləri öz bədxah məqsəd və istəklərinə çatmaq üçün heç bir cinayət törətməkdən əl çəkməyiblər və ziyarətgahda Uca Allaha dua və həmd zamanı belə müdafiəsiz kişi, qadın və uşaqları öldürməyə hazırdırlar.”