Kərəcdə xuliqanlar polisə hücum ediblər
Tehrandan qərbdə yerləşən Kərəc şəhərində bir qrup bandit və xuliqan ictimai əmlaka zərər vurmaqla yanaşı, nizam-intizam qüvvələrindən bir neçə nəfəri ağır şəkildə yaralayıbdır. Onlar bir səfərbər qüvvəni də şəhid ediblər.
Dünən Kərəcdə, “Beheşti-Səkinə” məzarıstanı hüdudlarında törədilən iğtişaşlar gedişində xeyli sayda bıçaq zərbəsi nəticəsində nizam-intizam qüvvələrindən iki nəfər ağır şəkildə yaralanıb. Yaranın ağırlığı və Kərəc-Qəzvin avtomagistralında tıxacın yaranması, bu iki nəfərin xəstəxanaya köçürülməsi üçün təcili yardım helikopterinin avtomagistrala eniş etməsinə səbəb olubdur.
İğtişaşçılar başqa bir məkanda hüquq-mühafizə qüvvələrinin bir avtomobilinə silahlı basqın edib, onun dörd sərnişinini yaralayıblar.
Çaxnaşma ünsürləri Kərəc-Qəzvin avtomagistralını bağladıqları zaman bir ruhanini öz avtomobilindən düşürüb, bıçaq zərbələri ilə onu yaralayıblar.
İğtişaşçılar həmçinin bıçaq və daşla təhlükəsizliyi qoruyan bir səfərbər qüvvəni ağır şəkildə yaralayıblar.
Azğınlaşmış iğtişaşçılar ictimai əmlaka da ciddi ziyanlar vurublar.