Noy 06, 2022 07:58 Asia/Baku
  • İslam Respublikasına qarşı hibrid müharibə - TƏHLİL

İran İslam Respublikasında etnik qrupları və separatizmi qızışdırmaq üçün ABŞ, İngiltərə və sionist rejimlə birlikdə Səudiyyə rejiminin rolu illərdir aşkar olsa da, son həftələrdə 5 anti-İran mediasının iğtişaşlarda rolu daha qabarıq görünür.

SəhərAzəri-nin məlumatına əsasən, bu mediaların və eləcə də onların internet səhifələrinin fəaliyyətinin icmalı göstərir ki, düşmən medialar 46 gün ərzində İranda baş verən son hadisələrlə bağlı 38 mindən çox yalan xəbər yayıblar. 5 yalan isə onların təbliğatında xüsusi yer tutur.

1. Təhlükəsizlik qüvvələrinin Ərdəbildəki Şahid məktəbinə hücum edərək 19 şagirdi həbs etdiyi və bir yeniyetmənin daxili qanaxma nəticəsində öldüyü barədə yalan iddia.

2. Son iğtişaşlarda 34 uşağın polis tərəfindən öldürüldüyü barədə yalan iddia

3. İslam Respublikasının dövlət nümayəndələrinin xaricə gündəlik 5 uçuşla qaçdığına dair yalan iddia

4. Şahçırağdakı terror əməliyyatını və Evin həbsxanasında baş verən hadisələri saxta yolla hakimiyyətə aid etmək

5. Uşaqların təhlükəsizlik qüvvələri kimi istifadə edilməsi ilə bağlı yalan iddia

Maraqlıdır ki, İranın təhlükəsizlik orqanları bu yaxınlarda ölkənin müxtəlif əyalətlərində son bir neçə həftədə baş verən zorakılıq hadisələrinin pərdəarxası ilə bağlı bəyanat yayıb və bu iğtişaşlarda Qərb-İbrani-Ərəb casus xidmətlərinin roluna işarə edib.

Qeyd olunur ki, 2016-cı ildə İran auditoriyasına təsir etmək məqsədi ilə Londonda “İran İnternational” telekanalı fəaliyyətə başladı. Və bu gün də səudiyyəli fitnəçilər virtual məkanda saxta xəbərlər, videolar və təxribat xarakterli məzmunlar yaymaqla İran dövlətinə qarşı qara-piar kampaniyasını davam etdirirlər.

Ölkədə separatizmi qızışdırmaq onların propaqandasının ana xəttini təşkil edir. Ona görə də aydındır ki, düşmən medialar bir iranlı kürd qızının ölümü bəhanəsi ilə başlayan son iğtişaşlarda etnik qrupları qızışdırmaqla, separatizmi gündəmdə saxlamışlar.  

Bu səbəbdən İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Səlami öz çıxışında Səudiyyə rejiminə xəbərdarlıq edib.

Açığı, Amerikanın başçılıq etdiyi Qərb, İbrani və Ərəb üçbucağının bütün bu siyasi, iqtisadi və media hərəkətlərinə və təzyiqlərinə baxmayaraq, İran xalqının sayıqlığı və İranın kəşfiyyat orqanlarının adekvat tədbirləri düşmənlərin məqsədlərinin həyata keçirilməsinə mane olmuşdur. Bununla əlaqədar Təhlükəsizlik Nazirliyi və SEPAH-ın Kəşfiyyat Təşkilatı ötən həftə yaydıqları birgə bəyanatda vurğuladılar ki, İranın məhv edilməsi planı biabırçı uğursuzluqla üzləşib; Onlar analoji planı əvvəllər Əfqanıstan, İraq, Suriya, Yəmən və Liviyada həyata keçirdilər, lakin güclü İranda bu plan uğursuz oldu.

Teqlər