Noy 06, 2022 19:52 Asia/Baku
  • Son iğtişaşlarda “Nifaq” qruplaşması ilə bağlı 3 dəstə həbs olunub

Son iğtişaşlarda “Nifaq” qruplaşması ilə bağlı üç dəstə İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatındakı təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

SəhərAzəri-nin məlumatına əsasən, “Nifaq” qruplaşmasının tabeliyində olan bu üç dəstə Xuzistan, Fars və İsfahan vilayətlərində terrorçuluq və təxribatçılıq hərəkətləri etmək istəyərkən həbs olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın kəşfiyyat təşkilatının bildirdiyinə görə, sözügedən dəstələr iğtişaşçıları cəzb edib, şəbəkə yaratmaqla dövlət, təhlükəsizlik və hüquq-mühafizə mərkəzlərinə hücum etmək, ictimai əmlakı dağıtmaq və vətəndaşların həyatlarına sui-qəsd etmək kimi hərəkətlər törətmək niyyətində olublar ki, Sepah-ın kəşfiyyat təşkilatındakı İmam Zamanın naməlum keşikçilərinin onları nəzarətdə saxlamaları və vaxtlı tədbirləri ilə nakam qalıblar.

 

Teqlər