Noy 07, 2022 15:48 Asia/Baku
  • Şahçırağdakı terror hadisəsinin əsas səbəbkarı Azərbaycan vətəndaşı olub-YENİLƏNİB

İranın Kəşfiyyat Nazirliyi İranın Şirazda Şahçırağ ziyarətgahına qarşı son terrorçu hücum barədə nöbəti açıqlama yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Kəşfiyyat Nazirliyi Şirazda törədilən terror aktı ilə bağlı verdiyi ikinci bəyanatda, indiyədək 26 təkfirçi terrorçunun həbs edildiyini və ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas elementinin  Azərbayca Respublikası vətəndaşı olduğunu açıqlayıb.

Nazirliyin bəyanatında belə deyilir:

Kəşfiyyat Nazirliyi Şirazda törədilən terror aktı ilə bağlı əvvəlki açıqlamadan sonra indi əldə etdiyi məlumatların daha bir hissəsini İranın şərəfli xalqının nəzərinə çatdırır:

1-İran İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi qüvvələrinin 26 oktyabr terror aktından dərhal sonra başlatdığı əməliyyatlar gecə-gündüz və fasiləsiz davam etdirilib. Bu təqiblər kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik və texniki aspektlərdə olub və nazirliyin ən mürəkkəb və genişmiqyaslı antiterror əməliyyatlarından birinə çevrilib.

2-İndiyə qədər həyata keçirilən silsilə müşahidələr, araşdırmalar və əməliyyatlar terror aktını həyata keçirən bütün agentlərin müəyyən edilməsinə və həbs olunmasına səbəb olub. Bundan əlavə, oxşar əməliyyatlar keçirmək üçün ölkəyə daxil olan bir sıra digər agentlər də həbs edilib. Beləliklə də indiyədək 26 təkfirçi terrorçu həbs edilib.

3-Həbs olunanların hamısı qeyri-iranlı və Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.

4-Ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas elementi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən reyslə İmam Xomeyni (r.ə) adına Hava Limanının hava sərhədi vasitəsilə ölkəyə daxil olan Azərbaycan Respublikasının vətəndaşıdır.

5-Həmin şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici elementə olduğunu bildirib və dərhal İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə İŞİD-in əcnəbi vətəndaşları şəbəkəsi ilə əlaqə saxlayıb və onlara Tehranda olması barədə məlumat verib. 

6-Şirazdakı terror aktının dəstəkləyici elementi Əfqan, müqəddəs ziyarətgaha atəş açan şəxs isə Tacikistan vətəndaşıdır.

7-Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Rəzəvi Xorasan vilayətlərində təqib edilərək həbs ediliblər. Onlardan bəziləri ölkədən qaçarkən şərq sərhədlərində həbs edilib.

8-Adı çəkilən terrorçulardan bəziləri Zahidan da daxil olmaqla, digər şəhərlərdə terror əməliyyatları həyata keçirmək üçün lazımi tədbirləri hazırlayıb, təmin edirdilər.

Qeyd edək ki, oktyabrın 26-da pulemyotla silahlanmış terrorçu Şirazdakı Şahçıraq ziyarətgahında zəvvarlara və axşam namazı qılanlara atəş açaraq, bir neçə qadın, uşaq və qoca olmaqla 15 günahsız insanı şəhid edib, onlarla insanı ağır yaralayıb.

Teqlər