İran Fransa liderini Məsih Əlinejadla görüşdüyünə görə tənqid edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Paris Sülh Forumu çərçivəsində Fransa prezidenti Emmanuel Makronla anti-İran müxalifətçinin görüşünü pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani şənbə günü verdiyi açıqlamada, İran əleyhdarı olan şəxs və onun yoldaşları ilə görüşünə görə Makronu tənqid atəşinə tutub və deyib: "Azadlığı dəstəklədiyini iddia edən bir ölkənin prezidentinin səviyyəsini aşağı salması və son aylarda İran İslam Respublikasında, həmçinin onun diplomatik nümayəndəliklərinə, eləcə də İslam Respublikasının xaricdəki diplomatlarına qarşı açıq-aşkar nifrət, zorakılıq və terror aktları yaymağa çalışan mənfur piyada ilə görüşməsi təəccüb doğurur".
Kənani Makronun bu insanların başçılıq etdiyi qondarma inqilabı dəstəklədiyinə dair bəyanatlarını da təəssüfləndirici və utancverici adlandırıb və bu bəyanatlara kəskin etirazını bildirib.
Kənaani əlavə edib ki, bu görüş Fransanın terrorizm və zorakılıqla mübarizə sahəsində beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulmasıdır və bu çirkin hadisələrin təbliği kimi qiymətləndirilir.
O, sonda vurğulayıb ki, bu cür anti-İran tədbirləri, şübhəsiz ki, bəzi Avropa liderlərinin seçici və insan haqlarına zidd yanaşmalarını yaxşı bilən böyük İran xalqının yaddaşında qalacaqdır.
Makron cümə günü Yeliseydə Məsih Əlinejad da daxil olmaqla, ABŞ-da yerləşən bir sıra anti-İran ünsürlərlə görüş keçirib.
Görüşdə Fransa prezidenti İranda baş verən son iğtişaşları "inqilab" adlandırıb.