Noy 16, 2022 13:54 Asia/Baku
  • Urmiyada terror qruplaşmasının 100 üzvü həbs edilib

İranın Urmiyə vilayətinin ümumi və inqilab prokuroru ölkənin bu şimal-qərb şəhərində terrorçu qruplaşmaların 100 üzvünün həbs edildiyini açıqlayıb.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, Hüseyn Məcidi separatçıların son iğtişaşlarda ölü düzəltmək cəhdlərinə toxunaraq, bildirib ki, bu şəhərdə insanlara atəş açan separatçı terrorçu qrupların 100-dən çox əməliyyatçısı həbs edilib.

Məcidi separatçıların iğtişaşlardan istifadə edərək öz məşum planlarını həyata keçirməyə çalışdıqlarını vurğulayaraq, qeyd edib ki, separatçı terrorçu qruplar iğtişaşlarda xalqa atəş açmaq və ölü onları öldürməklə xalqı və sistemi bir-birinə qarşı qoymaq istəyirlər.

İranın Urmiyə vilayətinin ümumi və inqilab prokuroru separatçı terrorçu qrupların törətdiyi bəzi cinayətlərə toxunaraq, əlavə edib ki, insan haqları iddiasında olan bu uşaq öldürən cinayətkarlar, İslam İnqilabı dövründə beş mindən çox iranlı gənci ən iyrənc şəkildə şəhid ediblər.

Teqlər