Noy 20, 2022 20:20 Asia/Baku
  • İsfahanda təhlükəsizliyi müdafiə edən şəhidlərin dəfn mərasimi keçirilib

İranın İsfahan şəhərində insanların izdihamlı iştirakı ilə iğtişaşlar zamanı şəhid olan üç təhlükəsizlik qüvvəsinin dəfn mərasimi keçirilib

SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci il noyabrın 16-da axşam saatlarında İsfahanda iki motosikletçinin təhlükəsizlik müdafiəçilərinə atəş açması nəticəsində üç təhlükəsizlik qüvvəsi şəhid olub, biri isə yaralanıb.

"İran Press" xəbər agentliyinin məlumatına görə, şəhidlər, İsmayıl Çerağı, Məhəmməd Hüseyn Kərimi və Möhsün Həmidinin cənazələri isfahanlıların böyük izdihamı ilə dəfn edildi və onlar İrandakı son iğtişaşları və terror aktlarını qınadılar. 

İsfahan vilayətində SEPAH-ın "Sahib Əz-Zaman" briqadasının sözçüsü "Ruhullah Həkimifərd" İsfahan vilayətində təhlükəsizlik müdafiəçilərinə hücum edən terror qrupunun agentlərinin həbs edildiyini açıqlayıb. 

Teqlər