Məsul orqanların iğtişaşçılarla qətiyyətli rəftarı təcilliklə həyata keçirilsin
İran prezidenti deyib: Məsul orqanların qanun əsasında, həmçinin terrorçular və iğtişaşçıların xalqın malı və canına zərər vurmalarına mane olmaqla iğtişaşçılarla qətiyyətli rəftarı,/ hamının istəyi olaraq, təcilliklə həyata keçirilməlidir.
Ayətullah Seyid İbrahim Rəisi nazirlər kabinetinin bugünkü iclasınd İslam İnqilabının Böyük Rəhbərinin dünənki göstərişlərinə işarə ilə, deyib: Dövlət, bu göstərişlərin xitab olunanlardan biri kimi, ölkədə ümidin və ictimai ruh yüksəkliyinin yaradılması istiqamətində, xalqın həyatından düyünlərin açılması və müxtəlif sahələrdə intensiv xidmət üçün “ikiqat əmək və səy”lə addım atmağı, özünə borc bilir.
İslam İnqilabından yara almış düşmən, ölkədə istehsal, təhsil, iqtisadiyyat və təhlükəsizliyə zərbə vurmaq yolu ilə ölkənin irəliləyişlərini pozmaq məqsədilə kombinə edilmiş müharibə tədarük etməklə meydana gəlib- deyə, ölkə prezidenti bəyan edib.
Rəisi əlavə edib: Xalqa daha çox və daha yaxşı xidmət istiqamətində icra orqanlarının ikiqat səylərinin kənarında,/ təhlükəsizlik, nizam-intizam və məhkəmə orqanları da ölkənin sərmayələri və xalqın təhlükəsizliyini qorumaq üçün böyük məsuliyyət daşıyırlar.
Uşaqlar, qadınlar, kişilər və təhlükəsizliyi qoruyanların şəhadətlərini kədərli adlandıran Rəisi söyləyib: Məsul orqanların qanun əsasında, həmçinin terrorçular və iğtişaşçıların xalqın malı və canına zərər vurmalarına mane olmaqla iğtişaşçılarla qətiyyətli rəftarı, hamının istəyi olaraq, təcilliklə həyata keçirilməlidir.
Rəisi, əlaqədar orqanlar və medialar tərəfindən vaxtında, dəqiq, şəffaf və sayıqcasına informasiyanın verilməsi vacibliyini vurğulayıb.
Amerika, Fransa və bir neçə digər Avropa ölkəsinin terrorçular və iğtişaşçı ünsürlərə olan aşkar dəstəklərinə işarə edən İran prezidenti xəbərdrlıqla bildiribdir ki, terrorçulara dəstək, mütləq şəkildə onların xeyrinə olmayacaq.
Ölkə prezidenti İran Xarici İşlər Nazirliyinə tapşırıbdır ki, diplomatik və hüquqi yollarla,/ ölkə xaricindən planlaşdırılıb, təqib edilən fitnələrlə mübarizə və onların zərərsizləşdirilməsi üçün lazımi ciddi-cəhdləri həyata keçirsin.