Noy 22, 2022 18:18 Asia/Baku
  • Xalq islami quruluşu əzmkarlıqla müdafiə edir – Aktual şərh

Xarici düşmənlərin bütün cəhdlərinə baxmayaraq, İran xalqı böyük əzmkarlıqla islami quruluşu möhkəm müdafiə edir.

bu ilin sentyabrında İranda daxili hadisələr başlayandan ABŞ başda olmaqla Qərb bütün diqqətini iğtişaşlara yönəldib və İrana qarşı siyasi-təbliğat və informasiya kampaniyasına başlayıb.

İslam İnqilabının Aliməqamlı Rəhbəri hadisələrin əvvəlindən bir neçə dəfə xatırladıblar ki, düşmən ölkədə xaos yaratmaq üçün hələ aylar öncədən plan hazırlayıb. Həzrət Ayətullahül-üzma Xamenei bu il iyunun 4-də İmam Xomeyninin (r.ə) hərəmində verdiyi açıqlamada vurğuladı: “Bu gün düşmənlərin İrana hücum etmək üçün ən mühüm ümidi xalq etirazları formalaşdırmaqdır. Onların ümidləri bundan ibarətdir ki, psixoloji işlərlə, internet fəaliyyətləri və virtual məkan vasitəsi ilə və muzdlu yetişdirməklə xalqı İslam sisteminə və İslam Respublikasına qarşı qoysunlar”.

O həzrət, həmçinin İmam Həsən Müctəba (ə) adına Polis Akademiyasındakı çıxışında düşmənin əsas planını bilmək üçün Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının bəyanatlarını xatırlatdı və düşmənin planlarından söz açdı.

Son iki ayda baş verənlərdən aydın olur ki, İranda zorakılıq və iğtişaşların baş verməsində Qərb beyin mərkəzləri rol oynayır, İrana qarşı hibrid imkanlardan və median geninə - boluna istifadə olunur,  silahlı dəstə üzvləri xaricdən göndərilir, Türkiyədə və başqa ölkələrdə fəaliyyət göstərən əks-inqilabçı fiqurlar Qərbin, eləcə də sionist rejimin xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, Şahçıraqda törədilən terakt üçün Azərbaycan Respublikasının ərazisindən istifadə olunub. Bir sözlə İran xalqına qarşı mürəkkəb hibrid savaşı cərəyan edir. Lakin bəsirətli xalq hər şeyin fərqindədir və islami quruluşa sadiqdir, bunu təhlükəsizlik şəhidləri üçün keçirilən dəfn mərasimində xalq kütlələrinin milyonluq iştirakı sübut edir.

 

Teqlər