Xürrəmşəhrdə qaçaqmalçılar tutulub; 3 döyüş silahı aşkarlanıb
İranın Xuzistan vilayətinin sərhəd qoşunlarının komandanı Xürrəmşəhrdə 3 Kalaş silahının aşkar edildiyini və 7 şübhəlinin həbs edildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Xuzistan vilayətinin sərhəd qoşunlarının komandanı sərdar Lütfəli Pakbaz deyib: "Geniş kəşfiyyat tədbirləri nəticəsində Xürrəmşəhrin sərhəd alayı zabitləri qaçaqmalçıların silah və sursat yüklərini sərhəddən keçirmək niyyəti barədə məlumat əldə ediblər və dərhal araşdırmaya başlayıblar.
Xuzistan Sərhəd Qoşunlarının komandiri bu əməliyyatda hüquq-mühafizə orqanlarının sərhədçilərlə əməkdaşlığına toxunaraq, əlavə edib: "48 saatlıq səy nəticəsində zabitlər sərhədboyu patrul və monitorinq əməliyyatları apardıqdan sonra sərhəd kəndində evlərin birində qaçaqmalçılar müəyyən ediblər və məhkəmə icazəsi ilə evə daxil olduqdan sonra 7 qaçaqmalçını həbs ediblər".
Sərdar Pakbaz əlavə edib: "Qaçaqmalçıların sığınacağına baxış zamanı 3 ədəd Kalaş silahı, 550 ədəd patron və 150 ədəd Colt patronu aşkar edilib.
Xuzistan Sərhəd Mühafizəsinin komandiri bununla bağlı məhkəmə işinin açıldığını və qanuni prosedurların aparılması üçün müttəhimlərlə birlikdə aidiyyəti orqanlara təhvil verildiyini bildirib və əlavə edib: "Sərhədçilər və vilayətin təhlükəsizlik və kəşfiyyat orqanlarının və sərhəd sakinlərinin həmrəyliyi ilə Xuzistanın su və quru sərhədləri pozucular üçün həmişəkindən daha təhlükəli olub və sərhəddə heç bir mənfəətpərəst fəaliyyətə icazə vermilməyəcək".