Hüseynə yerlər ağlar, göylər ağlar ...
https://azeri.sahartv.ir/radio/dini-i391785-hüseynə_yerlər_ağlar_göylər_ağlar_...
Hüseynə yerlər ağlar, göylər ağlar, Bətuli-Mürtəza Peyğəmbər ağlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2022 05:18 Asia/Baku

Hüseynə yerlər ağlar, göylər ağlar, Bətuli-Mürtəza Peyğəmbər ağlar.

Hüseynin nohəsin Dilriş yazanda ,

Müsəlman səhlidir ki, kafər ağlar.

Kor olmuş gözlərin qan tutdu Şimrin,

Ki, görsün, öz əlində xəncər ağlar.

Hüseynin köynəyi Zəhra əlində,

Çəkər qeyha qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox, Kərbəlada,

Görəydin, düşmən ağlar, ləşkər ağlar.

Qucağında görəydin Ümmi-Leyla,

Atıb nəşi Əliyyi-Əkbər ağlar.

Başında kaküli Əkbər havası,

Yel ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Ali-Taha nohəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.