Mart 25, 2018 14:55 Asia/Baku
  • Yer saatı münasibətilə yerin hər yerində işıqlar söndürülüb
    Yer saatı münasibətilə yerin hər yerində işıqlar söndürülüb

Yerin istiləşməsilə mübarizə nişanəsi olaraq ümumdünya yer saatı hərəkatının icrası ilə bir vaxtda dünyanın hər yerində şəhərlərin və mühüm binaların işıqları yerli vaxtla saat 20-30 dəqiqədə bir saat müddətinə söndürülübdür.

BMT-nin baş katibi Antonio Quterreş twitter-də yaydığı bir video müraciətdə bildirib: Yer saatı elə bir zamand baş verir ki, yer və onun sakinləri təzyiq altındadırlar. İqlim dəyişiklikləri bizdən sürətlə baş verir və bunun bizim üçün nigaranedici nəticələri olacaqdır.

Belə bir halda, ötən üç il ərzində yerin maksimum temperaturu qeydə alınıbdır.

Amma yer saatı ilə bağlı builki mesaj yerin istiləşməsi məsələsindən daha genişdir, yəni hamının təbiətin qorunmasına çağırılması. Belə bir halda, ekoloji çeşidlilik və ekosistem xidmətləri üzrə dövlətlərarası platforma bu həftə xəbərdarlıq edibdir ki, bəşəriyyət təbii ehtiyatlardan həddən artıq istifadə edərək, bitki və heyvan növlərinin azalmasına bais olub və bununla da yeri xətərə salıbdır.

Dünyanın iqlim şəraiti adətən qaz, daş kömür və neft kimi yanacaqlardan qaynaqlanan istixana qazlarının təsiri altında misli görünməmiş bir sürətlə istiləşməkdədir.

Teqlər