Bu gün Ərbəin günüdür: Bu gündə hansı hadisələr baş verib?
Dek 02, 2015 19:07 Asia/Baku
Ərbəin” sözü lüğətdə “40-cı” deməkdir. Bu ədəd İslam dinində xüsusi yerə və məqama malikdir. İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü Səfər ayının 20-nə təsadüf edir.
Həmin günü bütün tarixçilərin ümumi nəzərinə görə Cabir ibni Abdullah Ənsari və Ətiyyə Kərbəlaya gəlmiş və İmamı (ə) ilk ziyarət edən insan olmuşdular. Ancaq həmin ildə əsirlər karvanının Kərbəlaya gəlməsi və Cabirlə orada görüşməsi mövzusunda müəyyən nəzər ayrılığı vardır. Şəhid Mütəhhəri, Şeyx Abbas Qumi, Əllamə Mühəddis Nuri əsirlər karvanının həmin ildə Kərbəlaya daxil olmasını qəbul etmirlər. Ancaq mərhum Qazi Təbatəbai, mərhum Seyyid ibni Tavus bu xəbəri qəbul edirlər. Qazi Təbatəbai öz kitabında yazır: “İmamiyyə alimləri tərəfindən 7-ci əsrə qədər bu haqda şübhə daxil olmamışdır. İlk şübhə edən kəs Seyyid Rəziyyədin Əli ibni Tavus Həsəni idi”. Şeyx Səduq “Əmali” adlı kitabında Əhli-Beytin (ə) həmin ildə Kərbəlaya daxil olmasını aşkar şəkildə bildirməmiş, sadəcə ona işarə etmişdir. O, bu kitabda yazır: “Haris ibni Kəəb Əlinin (ə) qızı Fatimədən nəql edir ki, Yezid (lən) əmr edir ki, Hüseynin (ə) ailəsini İmam Səccadla (ə) bir yerdə zindana salsınlar. Bu zindan onları istidən və soyuqdan qorumurdu və üzləri qabıq qoymağa başlamışdı. Beytul-müqəddəsdə hansı daşı qaldırsalar altından təzə qan çıxardı. İnsanlar günəşi o qədər qırmızı görürdülər ki, sanki üzərinə rəngli çadır çəkilmişdi. Bu vəziyyət o zamana qədər davam edir ki, İmam Səccad (ə) xanımlarla bir yerdə Şamdan çıxır və İmam Hüseynin (ə) mübarək başını Kərbəlaya qaytarırlar”. Məlum olur ki, İmamın (ə) mübarəkbaşını həmin ildə Kərbəlaya qaytarırlar. Ancaq əsirlər karvanının Kərbəlaya gəlməsinə aid dəqiq məlumat verilmir. Şeyx Mufid Əhli-beytin (ə) elə həmin ildə Kərbəlaya gəlməsini qəbul etmir. Şeyx, Səfər ayının hadisələri barəsində yazır: “Səfər ayının 20-də Həzrət Əbi Abdullahın (ə) hərəmini ziyarət etmək üçün Cabir ibni Abdullah Kərbəlaya gəlir. İmamı (ə) ziyarət edən ilk kəs olur”. Bu xəbərdə deyilir ki, əsirlər karvanı Şamdan Mədinəyə tərəf gedirdilər, Kərbəlaya tərəf deyil. Ona görə də əsirlər karvanının birinci ildə (ə) İmamı ziyarət etmək xəbəri təsdiq edilmir. Başqa bir tərəfdən “İrşad” kitabında Şeyx yazır: “Yezid (lən) gördüyü işin cinayətini anlayır və Nəman ibni Bəşirə əmr edir ki, qadınları Mədinəyə tərəf hərəkət etmək üçün hazır etsin”. Əllamə Məclisinin nəzəri haqqında isə deyə bilərik ki, alimin xüsusi bir fikri olmamışdır. Ona görə də deyə bilərik ki, əsirlər karvanının ilk ildə Kərbəlaya gəlmək xəbəri təsdiq edilmir. Əsirlər karvanı Şeyx Səduqun nəzərinə görə birinci ildə, Şeyx Mufidin nəzərinə görə ikinci ildə İmamı (ə) ziyarət etmişdilər, Əllamə Məclisi bu haqda susur. (İslami saytlara istinadən) /Deyerler.org/