Gürcüstan müxalifəti dinc nümayişlər keçirəcək
https://azeri.sahartv.ir/radio/qafqaz-i373287-gürcüstan_müxalifəti_dinc_nümayişlər_keçirəcək
Gürcüstan müxalifəti fevralın 25-də dinc aksiyalar keçirməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2021 11:47 Asia/Baku
  • Gürcüstan müxalifəti dinc nümayişlər keçirəcək

Gürcüstan müxalifəti fevralın 25-də dinc aksiyalar keçirməyi planlaşdırır.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nümayişlər Tbilisi və Batumidə təşkil olunacaq.

Müxalifətçi deyib ki, fevralın 25-də Gürcüstanda sovet hakimiyyətinin qurulduğu tarixdən 100 il ötəcək və aksiyalarda buna etiraz ifadə olunacaq.

N.Meliya analoji aksiyaların martın 31-də də keçiriləcəyini qeyd edib.