Ermənistan Azərbaycanı ittiham etdi
Fev 14, 2024 18:31 Asia/Baku
Ermənistanla Azərbaycan Respublikası arasında şərti sərhəd zolağında yenidən münaqişənin alovalndığı bir vaxta Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bəyan edib ki, Bakı Cənubi Qafqaz regionunun təhlükəsizliyində davamlı olaraq qeyri-sabitlik yaratmağa çalışır.
“Armen Press”in məlumatına görə, bu bəyanatda deyilir: "Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyinin bəyanatları provokasiya xarakterlidir və eyni zamanda sərhəddəki son hərəkətləri Cənubi Qafqaz regionununda sabitlik və təhlükəsizliyin pozulması istiqamətində həyata keçirilib. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycan Respublikasının şərti sərhəd zolağındakı hərəkətləri qəti şəkildə pislənilib.