Avq 07, 2016 13:09 Asia/Baku
  • İmam Rzanın (ə) hərəminin bayrağı
    İmam Rzanın (ə) hərəminin bayrağı

İmam Rzanın (ə) hərəminin bayrağı Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkiyə hədiyyə edildi

Günəşin kölgəsi altında" adlı İranın mədəniyyət karvanı İmam Rzanın (ə) mütəhhər hərəminin bayrağını hazırda həbsxanada olan Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkiyə təqdim etdiyini bildirib.

 Mehrnews-un verdiyi  məlumata əsasən, Şeyx İbrahim Zəkzəkinin yaxın dostlarının sayəsində, İmam Rzanın (ə) mütəhhər hərəminin bayrağını həbsxananın daxilinə keçirilməsinə icazə verilərək, bayraq Şeyx Zəkzəki və onun mücahid xanımı Zinət İbrahimə təhvil verilib. Şeyx Zəkzəki və ailəsi bu hədiyyədən çox xoşhal olublar.

 

Ailəsi Qüds Rəzəvi ostanının bu fəaliyyətini yüksək qiymətləndirib və İmam Rzanın (ə) zəvvarlarından dünyada İslamın və İslam döyüşçülərinin qələbəsi üçün dua etməsini istəyib.

 

Qeyd edək ki, İranın mədəniyyət karvanının səfəri Nigeriyada 2014-cü ildə Qüds günü qurbanlarının xatirəsinin yad edilməsinin 40-cı günü ilə eyni vaxta təsadüf edib. 2014-cü ildə Qüds günü Nigeriya ordusu Nigeriya İslam Hərəkatının (İMN) Qüds günü yürüşünə hücum edərək, Şeyx Zəkzəkinin 3 oğlu və İMN-nin 33 üzvünü şəhid etmişdir. Deyerler.org

Teqlər