“Parlayan nur qəlblərində işıq qığılcımı kimidir”
“Parlayan nur qəlblərində işıq qığılcımı kimidir” -İmam Əli (ə) həqiqi arifin xüsusiyyətləri barədə
İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Həqiqətən, Allah Təala Özünü yada salmağı qəlblərin səfa və cilası qərar vermişdir. Bu vasitə ilə ağır eşitməkdən sonra eşidən, korluqdan sonra görən, üsyankardan sonra müti olar. Hər bir zamanda və dördə insanlar olmuşdur ki, ağıllarında onlarla söhbət etmişdir”.
Ürfan elmi iki yerə bölünür: nəzəri və əməli ürfana. Nəzəri ürfan arifin müşahidələrindən, varlıq aləmi haqqında əldə etdiyi həqiqətlərdən ibarətdir ki, onu söz qəlibində bəyan edər. Bəzən də fəlsəfi bürhanlar şəklində elmi bəhslər edər. Bəziləri şühuda da nəzəri ürfan elmi deyirlər. Əməli ürfan isə arifin seyr və sulukudur ki, qəlb şühudunun nəticəsində meydana gəlir.
Bəs həqiqi arif necə olmalıdır?
İmam Əli (ə) həqiqi arif haqqında belə buyurur: “Ağıllarını dirçəltmiş və nəfslərini öldürmüşdülər. Parlayan nur qəlblərində işıq qığılcımı kimidir. Həmin nur yolunu aşkar və onu yolun saliki etmişdir. Qapılar onu bir-birinin ardınca irəli qovmuşdur ki, orada olan axırıncı qapı salamatdır. Axırıncı mənzil iqamətdir. Orada əmin və rahat qərargah vardır. Bütün bunlar ona görədir ki, qəlbini işə salmış və Allahını razı etmişdir”.
Ariflərin arifi olan İmam Əlinin (ə) bu sözlərinə tay ola bilən sözləri heç bir arif indiyə qədər söyləyə bilməmişdir. Necə ki, İmam (ə) iti qılıncı ilə döyüş meydanında şücaət göstərirdi, yetimlərin evlərinə gecə vaxtı yemək və paltar daşıyırdı və gözü bir yetimə dəyən zaman özünü qəhərdən saxlaya bilmirdi, eləcə də ürfan elminin ən uca və əlçatmaz ulduzu idi. Onun ibadət mehrabında etdiyi ibadətləri və Allahla raz və niyazını heç bir arif indiyə qədər edə bilməmişdir.
Ona görə də hər kim həqiqi ürfanı və həqiqi arifi tanımaq istəyirsə, gərək Qurana və “Nəhcul-bəlağə”yə müraciət etsin. Yanlış, yalançı “ürfan”ı ayırd etmək üçün həqiqi ürfanı məhz bu mənbələrdən tanımaq və öyrənmək olar.
/Deyerler.org/