Fev 21, 2019 09:05 Asia/Baku
  • Laricani: İran və Çin beynəlxalq məsələlərdə eyni baxışa malikdirlər

İran İslam Şurası Məclisinin sədri deyib: İran ilə Çin arasında regional və beynəlxalq məsələlər qarşısında ortaq bir baxış mövcuddur.

Əli Laricani dünən gecə Çin səfərindən geri dönərkən Tehranın Mehrabad hava limanında əlavə edib: Bu səfərdə müxtəlif sahələrdə iki dövlət arasında və parlament səviyyəsində yaxşı müzakirələr həyata keçirildi.

İran İslam Şurası Məclisinin sədri deyib: Çin prezidenti ilə görüşdə ikitərəfli əlaqələr və Çin xalq konqresi sədri ilə söhbətdə yaxşı bəhslər irəli sürüldü.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Çin rəsmiləri ilə görüşlərdə elan olundu ki, iqtisadi sahələrdə real həll yolları mövcuddur və onun barəsində danışıqlar aparıldı. Dövlət və özəl sektorlarda iqtisadi həmkarlıqlar da yaxşı qarşılandı.

Çin xalq konqresinin sədri Li Tsyan Sunun dəvəti əsasında bir nümayəndə heyəti ilə çərşənbə axşamı günü Pekinə səfər edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani öz çinli həmkarı ilə görüşdən əlavə, Çin prezidenti Si Tsinpinlə də görüşübdür.

Teqlər