Aug 31, 2015 22:36 Asia/Baku
  • Məhəmmədcavad Zərif
    Məhəmmədcavad Zərif

İİR-nın xarici işlər naziri Tunisin baş naziri ilə görüşdən sonra deyib: Firqəçilik , terrorizm və ekstremizm təhlükəsi bütün regionun stabilliyini təhdid edir.

Müxbirimizin verdiyi məlumata əsasən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bu görüşün ardınca jurnalistlər cəmində deyib: Bu görüşdə bir sıra vacib məsələlər habelə regional əməkdaşlıqların aparılması diqqət mərkəzində qərar tutdu.
Zərif bu müstəvidə İranla Tunis arasında əməkdaşlıq potensiallarının mövcud olmasına işarə edərək deyib: Biz Tunisin müstəqil, mötədil və məntiqli siyasət yürütməsini müsbət qarşılayırıq.
İranın XSİ-nin rəhbəri əlavə olaraq deyib: İki ölkənin əməkdaşlıq potensialları və qabiliyyətləri çoxdur və biz qarşılıqlı iqtisadi-mədəni əməkdaşlıqlar sahəsində əlavə əməkdaşlıq qabiliyyətlərinə malikik.
Bu görüşdə Tunisin baş naziri də nüvə müzakirələrində İranın nailiyyətlərinə görə İİR-nı təbrik edərək deyib: Bu addım beynəlxalq siyasət aləmində müsbət və böyük bir qələbə kimi dəyərləndirilir.

Teqlər

Şərhlər