Jun 20, 2019 18:08 Asia/Baku
  • ABŞ-ın təcavüzkar casusluq PUA-nın vurulmasının detalları
    ABŞ-ın təcavüzkar casusluq PUA-nın vurulmasının detalları

Bir ədəd Amerika casusluq pilotsuzunun İranın ölkə ərazisinə təcavüzdən sonra vurulmasının ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsi bu pilotsuzun hədəfə alınmasının detallarını açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr bölməsinin bəyanatında deyilir: Amerikanın "Qlobal Hauk" tipli casusluq pilotsuzu bu gün səhər yerli vaxtla saat 00:14 dəqiqədə məlum koordinatlarla ABŞ qüvvələrinin Fars Körfəzinin cənubunda yerləşən bazasından havaya qalxıb və aviasiya qanunlarına zidd olaraq, özünü təqdimetmə üzrə bütün təchizatları söndürür və son dərəcə gizliliklə Hörmüz boğazından İranın cənub-şərqində yerləşən Çabəhara doğru hərəkətini davam etdirir.

Bu məlumatda əlavə olunur: Amerika pilotsuzu Hörmüz boğazı hüdudlarında yerləşən məntəqənin qərbinə tərəf geri dönərkən İran İslam Respublikasının ölkə ərazisinə soxularaq, informasiya toplamaq və casusluq etməklə məşğul  olur ki, sübh saat 04:05 dəqiqədə təcavüzkar təyyarə İranın ölkə ərazisinə daxil olduğu bir halda, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin zenit raket sistemi ilə vurularaq, yerə salınır.

Əldə olunan məlumatlara görə, "Qlobal Hauk" tipli casusluq pilotsuzunun qiyməti 200 milyon dollardan yuxarıdır. RQ4C tipindən olan bu pilotsuz uçan aparat dünyanın ən modern casusluq təyyarələrindən sayılır.

 

Teqlər

Şərhlər