Okt 17, 2020 13:28 Asia/Baku
  • Ali məqamlı rəhbərin iştirakı ilə İmam Rza(ə)-ın şəhadətinin ildönümü münasibətilə əzadarlıq mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahulüzma Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə.) adına hüseyniyyədə Həzrət Əli ibn Musa Əl-Raza(Ə)-ın şəhadətinin ildönümü münasibətilə əzadarlıq mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Səhiyyə qaydalarına riayətə görə, əhalinin iştirakı olmadan keçirilən bu mərasimdə höccətulislam Məhəmmədrza Abidini etdiyi çıxışda, möminlər arasındakı qardaşlıq əlaqələrinin tövhid dərəcələrini dərk etmək üçün lazım olduğunu bildirərək, deyib: "Dini baxışdan və müxtəlif rəvayətə əsasən, fədakarlıq və bağışlama, gülər üzlülük, xeyrxahlıq və digərlərinin problemini həll etmək, məsumla əlaqə və Allaha yaxınlaşmaq üçün lazım olan mömincəsinə qardaşlığın bariz nümunələrindəndir". 

Həmçinin dünən gecə müqəddəs Məşhəd şəhərində nurlu Rəzəvi hərəmində xüddamlardan bir qrupu əllərində şamdanlar tutaraq, sosial məsafəni qoruyaraq və səhiyyə qaydalarına riayət edərək, İmam Rza(ə)-ın pak hərəminin ətrafında toplaşaraq, əzadarlıq ediblər.

Bu gün 1442-ci hicri qəməri ili səfər ayının 29-u, 2020-ci milad ili oktyabrın 17-i İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

Teqlər

Şərhlər