Yan 30, 2018 14:37 Asia/Baku
  • Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb
    Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb

Bu gün Azərbaycan Respublikasının ali məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti üzrə məhkəməsi təyin edilmişdi.

 

Maide.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq proses təxirə düşüb. Buna səbəb, Şeyx Sərdar Hacıhəsənlinin özünün məhkəmədə iştirakı ilə bağlı müraciət etməsidir. Fevral ayının 13-ü, saat 11:00-a təyin edilən növbəti məhkəmə prosesində Şeyx Sərdar Hacıhsənlinin də iştirakı təmin ediləcək.  

Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə, yəni sadəcə imamcümə olduğuna və xütbə söylədiyinə görə üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.