Okt 22, 2016 17:45 Asia/Baku
  • İranın baş konsulu Naxçıvan Ali Məclisinin sədri ilə görüşüb

İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu əlaqələrin hərtərəfli genişlənməsi üçün iki ölkənin yüksək səviyyəli rəsmilərinin iradəsini müsbət qiymətləndirib.

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım cümə günü bu respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə müxtəlif sektorlarda, o cümlədən iqtisadiyyat sahəsində, çoxlu iqtisadi heyətlərin gediş-gəlişi, tibbi və dərman, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlıqları ötən iki ildə ikitərəfli əməkdaşlıqların əsas hissəsini özündə ehtiva edən önəmli sahələr adlandırıb.

Ayrım ümidvarlıq edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İrana yaxın gələcəkdə səfəri ilə ikitərəfli əməkdaşlıqların prosesi daha da sürətlənəcək.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri də İranla əlaqələrin əhəmiyyətini qeyd edərək Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmiryolunun istifadəyə verilməsi üçün hazır olduğunu bildirib və deyib: İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmiryolunun açılış tədbiri keçiriləcək və istifadəyə veriləcək.

Naxçıvan Muxtar Respublikası 1924-cü il 9 fevraldan Muxtar Respublika olaraq idarə olunan Azərbaycan Respublikasının ərazisidir.