Dek 09, 2018 09:05 Asia/Baku
  • Bakıda İran məhsullarının satışı üzrə ilk festivalın açılışı olub
    Bakıda İran məhsullarının satışı üzrə ilk festivalın açılışı olub

Şənbə günü Bakıda İran məhsullarının satışı üzrə ilk festival açılıb.

İranın Qərbi Azərbaycan vilayətinin kooperativ palatasının sədri Məhmud Reza Şərifixah deyib: Bu, Qərbi Azərbaycan vilayəti mehvər olmaqla İranın istehsal və ixracat olunan məhsullarının birbaşa satışı və təqdimatı üzrə Bakıda keçirilən ilk festivaldır. Bu festivalda dəyəri yarım milyon dollar olan 600 tondan çox İran məhsulu təqdim olunur.

Şərifixah bu festivalın keçirilməsində məqsədi, yaranmış fürsətdən ən yaxşı şəkildə istifadə etmək və MDB ölkələrinin bazarlarına daxil olmaq üçün şərait yaratmaq adlandırıb.

İran məhsullarının satışı üzrə ilk festival on gün davam edəcək.

Bu festivalda yeyinti sənayesi və əl işləri sənayesi məhsulları, xalça və süjetli xalçalar, kənd təsərrüfatı məhsulları, bəzək və tikinti daşları, yuyucu maddələr, şirniyyat və bal təqdim olunur.

Teqlər