İyun 12, 2019 14:42 Asia/Baku
  • İran-Azərbaycan R. birgə şose nəqliyyatı komissiyasının iclası başlanıb
    İran-Azərbaycan R. birgə şose nəqliyyatı komissiyasının iclası başlanıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının şose nəqliyyatı üzrə birgə komissiyasının iclası iki ölkənin beynəlxalq nəqliyyat və tranzit bölməsi üzrə məsul şəxslərinin iştirakı ilə Bakıda işə başlayıb.

İclasda İrandan beşnəfərlik nümayəndə heyəti iştirak edir. Beynəlxalq şose nəqliyyatı və tranziti ofisinin baş direktoru Mənuçehr Salmanzadənin başçılıq etdiyi bu nümayəndə heyəti dövlət və özəl sektorlarından təşkil olunubdur.

Mənuçehr Salmanzadə bu müştərək iclasın başlıca mövzuları haqda belə deyib: İran tərəfi bu iclasda təklif edəcək ki, nəqliyyat xərcləri, eləcə də yük donanmasından alınan rüsumlar ikitərəfli surətdə azaldılsın, həmçinin giriş və çıxış lisenziyalarının sayı artırılsın.

Bu ikigünlük iclas beynəlxalq-şose nəqliyyat əlaqələrinin araşdırılması və daha da genişləndirilməsi, əmtəə mal və müsafir sektorunda tranzit, informasiya və statistika mübadiləsi, iki ölkə arasında əmtəə mal və müsafir problemlərinin araşdırılması, rüsumların bir hissəsindən azadolma lisenziyalarının mübadiləsi tərzi və digər məsələlər məqsədilə keçirilir.

İran və Azərbaycan Respublikası 760 kilometrdən çox ümumi sərhəd və dörd rəsmi sərhəd qapısı ilə hava və dəmiryolu nəqliyyatından əlavə, şose yolu nəqliyyatı və tranzit sahəsində də münasib həmkarlıqlara malikdirlər.

İranın yük donanması Rusiya, Gürcüstan, Ukrayna və Belarus məqsədləri üçün Azərbaycan Respublikası ərazisindən bir tranzit yolu kimi istifadə edir.

 

 

Teqlər