Apr 05, 2020 09:51 Asia/Baku
  • Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb
    Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb

Aprelin 5-dən Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, dayandırılıb.

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 apreldən  20 aprelədək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Açıqlamada yazılıb ki, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi, onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi ilə izah edilir . Qərargah habelə vurğulayıb ki, bu karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək.

Həmçinin Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib.Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib.

AR-A GİRİŞ-ÇIXIŞ VƏ YERLİ AVİAREYSLƏR DAYANDIRILIB