Okt 11, 2018 12:59 Asia/Baku
  • Amerikanın sabiq naziri etiraz əlaməti olaraq Ərəbistan layihəsindən çıxıb

Amerikanın sabiq enerji naziri Ərəbistan rejimini tənqid edən jurnalistin qətlinə etiraz olaraq, bu ölkə ilə birgə iqtisadi layihədən çıxıb.

Amerikanın sabiq enerji naziri Ernest Moniz dünən bir bəyanat yayaraq bildiribdir ki, ərəbistanlı jurnalist Camal Qaşıqçının qətli məsələsinin aydınlaşmasınadək Nəum layihəsinin idarə heyətindəki üzvlüyünü dayandırır.

Moniz 500 milyard dollar büdcə ilə Qırmızı dənizin sahillərində salınacaq Nəum şəhərsalma layihəsi barədə məşvərət verən on səkkiz nəfərdən biridir.

Səud rejiminin tənqidçiləri Nəum şəhəri layihəsini Ərəbistanın vəliəhdi Muhəmməd bin Salmanın harınlıqlarından biri hesab edirlər.

ABŞ prezidenti Donald Tramp da Camal Qaşıqçının qətlə yetirilməsinə reaksiyada deyib: Ərəbistanla silah müqavilələri məsələsi barədə söhbət və araşdırmalardan öncə Qaşıqçının başına nə gəldiyi məlum olmalıdır.

Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğunda daxil olduqdan sonra itkin düşübdür.

Medialar bu hadisədən bir neçə gün sonra xəbər verdilər ki, Qaşıqçının cəsədi doğranmış vəziyyətdə və çoxlu sayda işgəncə əlamətləri ilə İstanbulda tapılıbdır.

Camal Qaşıqçının adı səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşmişdi. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.

Teqlər