Yan 21, 2020 19:12 Asia/Baku
  • Rusiya Amerikanın İranın nüvə proqramı barədəki yalanlarını tənqid edib
    Rusiya Amerikanın İranın nüvə proqramı barədəki yalanlarını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi Amerika rəsmilərinin İranın dinc nüvə fəaliyyətləri barədəki yalanları və gerçəkliyi təhrif etmələrini tənqid edib.

Rusiya Xarici İşlər Nazirliyi bir açıqlamada Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hookun BMT-nin İranda nüvə zənginləşdirilməsinin qadağanı üzrə meyarlarına dair iddialarını tənqid edərək, onu xülya və gerçəkliyin təhrif edilməsi adlandırıbdır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması vurğulayıbdır ki, Moskva Vaşinqtonun, Amerikanın daxili ehtiyacları və milli münasibətlərini, xüsusən BMT-nin adı altında beynəlxalq meyarlar kimi göstəmək üzrə səylərini rədd edir, zira heç kəs Amerikaya belə bir ixtiyarı verməyibdir.

Hook cümə günü bir müsahibədə iddia etmişdi ki, İran heç bir uran zənginləşdirməsinə malik olmamalıdır, zira BMT meyarları, o sıradan bu təşkilatın 2006 və 2007-ci illərdəki qətnamələri bu işi İrana qadağan edir.

 

 

Teqlər

Şərhlər