Okt 18, 2020 09:12 Asia/Baku
  • Londonda koronavirus məhdudiyyətlərinə qarşı aksiya

İngiltərənin paytaxtı Londonda koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

SəhərAzəri xəbər verir, London əhalisinin dünən axşam keçirdiyi bu aksiya elə bir halda təşkil olunubdur ki, İngiltərə xalqının böyük bir hissəsi bu ölkə hökuməti tərəfindən koronavirus epidemiyasının idarə olunması tərzindən narazıdır. Xüsusən ona görə ki, bu virus İngiltərə iqtisadiyyatını böyük problemlə üzləşdirib və bu ölkədəki bir çox iş fürsətlərini aradan götürübdür.

Oktyabrın dördündən bəri İngiltərədə koronavirusa yoluxanların sayı on min nəfəri ötüb keçib, hətta bəzi günlərdə iyirmi min nəfər həddinə də yaxınlaşıbdır ki, bu da bu ölkədə COVID-19 epidemiyasının başlanmasından bəri maksimum statistika hesab olunur.

Hal-hazırda İngiltərə, Fransa, Rusiya və İspaniya Avropada koronavirusa yeni yoluxma hallarının yarısından çoxunu özlərinə aid ediblər.

Teqlər

Şərhlər