Fev 24, 2017 17:54 Asia/Baku
  • Fransada irqçilik əleyhinə aksiya
    Fransada irqçilik əleyhinə aksiya

Fransa məktəbliləri bu ölkə polisinin irqçilik və sərtliyinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, Fransa paytaxtı Parisdə məktəblərdə tətil edən şagirdlər son həftələrdə polis məmurlarının bir qaradərili gəncə təcavüzünə reaksiya olaraq aksiya keçiriblər. Aksiya polis məmurlarının müdaxiləsi ilə insidentlə nəticələnib.

Etirazçılar bir neçə avtomobilə xəsarət vurub və aksiyanı dağıtmağa çalışın polis məmurlarına doğru daş atıblar.

Etirazçılar şüarlar səsləndirib, əllərində irqçilik və polisin sərt davranışı əleyhinə yazılar tutublar.

Fransa polis məmurları üç həftə öncə təqibdə olan bir qaradərili gənci döymək və cinsi zorlama ittihamı ilə həbs olunublar.

Polis məmurları tərəfindən 22 yaşlı gəncin incidilməsi və təzyiqə məruz qalması xəbərinin yayılması Parisdə ictimai etirazlar və vətəndaşların polislərlə toqquşması ilə nəticələnib.

Fransada polis məmurlarının sərtliyi müntəzəm şəkildə olmuşdur və medialarda bu haqda hallar yayılmaqdadır. Əksər hallarda bu vəziyyət dövlət rəsmilərinin təəssüflənməsi və bu hallara qarşı sərt tədbirlərin görüləcəyi ilə bağlı vədlər verilmişdir. Amma indiyə qədər bu istiqamətdə lazımi addımlar atılmamışdır.

Teqlər