Okt 12, 2018 16:59 Asia/Baku
  • Sərhədsiz Jurnalistlər Təşkilatı Ərəbistanda jurnalistlərin həbs edilməsindən xəbər verib

Sərhədsiz Jurnalistlər Təşkilatı Səudiyyə Ərəbistanında 15 jurnalistin həbs olunmasından xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist-yazar Camal Kaşıkçının yoxa çıxmasının ardınca, Sərhədsiz Jurnalistlər Təşkilatı cümə axşamı bir məlumat yayaraq, 2017-ci ildə Ərəbistanda 15 jurnalist və bloqqerin həbs olunduğunu bildirib. 

Sərhədsiz Jurnalistlər Təşkilatı həmçinin bildirib: Əksər hallarda Ərəbistanda jurnalistlərin həbs olunması xəbəri təsdiq edilməyib və heç bir rəsmi bu jurnalistlərin harada saxlanıldıqlarına və ya nədə ittiham olunduqlarına aydınlıq gətirmək istəmir. 

Digər tərəfdən Avropa İttifaqı cümə axşamı bir bəyanat yayaraq, Kaşıkçının qətlinə dair müstəqil və şəffaf araşdırmaların aparılmasını istəyib. 

Teqlər