Yan 17, 2020 14:21 Asia/Baku
  • Fransanın müxtəlif şəhərlərində geniş anti-hökumət aksiyası keçirilib

Fransada ümumölkə tətilinin 43-cü günü ilə bir zamanda, Parisdə və digər şəhərlərdə pensiya qanununun islahına etiraz olaraq, geniş aksiyalar keçirilib.

Aksiya iştirakçıları Fransa hökumətinin pensiya qanununun islahı layihəsindən geri çəkilməsini istəyiblər.

Hazırkı böhranın kulminasiya nöqtəsində Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı günü bir daha pensiya sisteminə düzəliş layihəsinin icrasına təkid edib. Bildirib ki, hökumətin bu layihəni parlament vasitəsilə izləməsi əzmindədir.

Fransa xəstəxanalarının işçi qüvvəsi, həmçinin dəmiryolu fəhləsi, idarə işçisi və müəllimlərdən ibarət minlərlə nəfər 2019-cu il dekabrın üçündən etibarən, son onilliklərdə Fransada ən iri ümumi tətillərdən birinə başladı. Tətilçilər Makronun pensiya qanununun islahına dair layihəsinə etiraz edirlər.

Fransa həmçinin bir ildən çoxdur ki, kapitalizm quruluşuna qarşı çıxana etirazçıların həftəlik aksiyası ilə üzləşir. Fransa tətilləri zamanı, indiyədək on bir nəfər ölüb, təqribən on dörd min nəfər də yaralanıb və ya həbs olunubdur.